Mənə biraz Odessadan danış

Odessa sayca 53-cü şəhərimdir. Düzdür ayağı biraz ağır oldu, ondan sonra heç yerə gedib çıxa bilmirəm. Odessanı görmək həmişə arzum olub, ən əsas səbəbi də şəhərdə yəhudilərin çoxluq təşkil etməsi idi, amma mən orda yəhudi və ukraynalıdan çox azərbaycanlı və türk gördüm nə hikmətdirsə. Getdiyimiz fəsil də turizm fəsli olmadığı üçün gördüklərimin əksəriyyətinin yerlilər olduğunu […]

SUVENİRLƏR. HANSI ÖLKƏDƏN NƏ GƏTİRƏK?!

Adətən adam qonaq dəvət olunanda əliboş getməməyə, ev yiyəsinə maraqlı hədiyyə seçib aparmağa cəhd edir. Səyahət etmək yeganə istisna haldır ki, üz tutduğunuz ünvana əliboş gedib, əlidolu qayıdırsınız. Və gətirdiyiniz təkcə təəssüratlar və xatirələr olmur. Bu postda mən sizə istənilən ölkədən ala biləcəyiniz soyuducuüstü maqnitlər, “breloklar”, açıqcalar və sair kimi növbətçi suvenirlərdən başqa, sırf ora […]

Bakı-…. Birbaşa reyslər olan şəhərlər (Siyahı)

Tranzitləri, o havalimanından bu havalimanına uçmaqları, saatlarla gözləməyi kim xoşlayır?! Düzdür dünyanın ucqar yerlərinə üz tutanda bu qaçınızlmadır, amma “normal” yerlərə gedirsinizsə Bakıdan uça biləcəyiniz birbaşa reyslərin sayı artıb və belə görünür artmağa da davam edir. Araşdırıb tapdığım məlumatlara əsasən bugünə birbaşa uçuşu olan şəhərlərin sayı 30-a çatır (bəzi mənbələrdə daha çox göstərirdi). Uçuşlar müxtəlif […]

Səyahətin digər forması- kinomaniya

Uzun qış axşamları an qatı “çöl quşları” belə həftənin çox hissəsini evdə oturmağa üstünlük verir. Mən də onlardan biriyəm. Həftəiçi yorğun iş günündən sonra bayırdakı soyuq havanın təsiri ilə daha çox evə can atıram. Dadlı yemək sifariş edib, qırmızı kəmşirin şərabımı içə-içə film izləmək isə qış axşamlarının ən sevimli məşquliyyətidir. Çox şükür internet dövrünün gəlişi […]

UQANDADA GÖRDÜKLƏRİM VƏ ÇƏKDİKLƏRİM

Bu post travel photographer, yəni səyahətçi-fotoqraf Əli Əkbərə (https://www.facebook.com/land0ffire) aiddir. Bu isə o deməkdir ki, mətnlə yanaşı şəkillər də möhtəşəmdir. İndiyə kimi Uqanda mənim ağlımın ucundan da keçməyib, lakin postu oxuduqdan sonra “qıdıqlanmağa” başlamışam biraz. Çox adam fikirləşir ki, əgər ölkədə həyat səviyyəsi aşağıdırsa, deməli, həmin ölkədə dəhşət ucuzluqdur. Dərinə getsək bu, qismən belədir. Uqandada […]

Hello December

Dünəndən hamı dekabrı, qışı, xüsusən isə qarşıdan gələn yeni il bayramını salamlayır. Mən də öz virtual məkanımda o abu-havanı Yeni il, Milad bayramlarına təsadüf etmiş səfərlərimdən birini bölüşməklə yaratmaq istədim. Ən azı 3-4 dəfə o periodu Avropada olmaq nəsib olub və gedənlər, yaxud orda yaşayanlar bilir bu nə deməkdir. Balacadan böyüyə hamının nağıllardakı kimi hiss […]

AZAL İŞÇİLƏR AXTARIR – İŞ VAR

“Azərbaycan Hava Yolları” QSC xanımlar arasında təyyarə bələdçisi vəzifəsinə sənəd qəbulu elan edir. Sənəd qəbulu noyabrın 22-dən dekabrın 22-dək saat 10.00-dan 12.00-a kimi aparılacaq. Namizədlər müsabiqə yolu ilə seçiləcəklər. Müsabiqədə yalnız  18 yaşından 30 yaşınadək, boyu 165 sm-dən az və 180 sm-dən çox olmayan; azərbaycan, rus, inglis və ya digər xarici dillərdə sərbəst danışmağı bacaran, […]

Noyabrın 23-də “Sweet November” Bakı yemək festivalı başlayır

Azərbaycan paytaxtının qədim hissəsi İçərişəhərdə, Bakının rəmzi Qız qalasının ətrafında noyabrın 23-dən 26-dək “Sweet November” irimiqyaslı yemək festivalı keçiriləcək. Turizm.fins.az-ın məlumatına görə, festival “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Meal for Real” kulinar layihəsinin dəstəyi ilə təşkil edilib. Bakıda yemək festivalı təkcə bütün dünya ölkələrinin yeni yeməklərinin dadına baxmaq üçün deyil, həm də öz qastro-startapının möhkəmliyini […]

Bakı şoppinq festivalının müddəti uzadılıb

Bakı Şopinq Festivalı (Baku Shopping Festival) noyabrın 25-dək uzadılıb. Azərbaycan Konqreslər Bürosunun rəhbəri Ülviyyə Mir-Qasımovanın APA-ya verdiyi məlumata görə, müddətin uzadılmasına səbəb sahibkarların ölkə rəhbərliyinə bununla bağlı müraciəti səbəb olub. Noyabrın 25-dək davam edəcək Şopinq Festivalında 111 müəssisə tərəfdaş qismində çıxış edəcək. Festivala ümumilikdə 578 müəssisə qatılıb. İkinci Bakı Şopinq Festivalı xüsusi turist paketləri hazırlayaraq turizm […]

2018-i harada salamlayaq?!

İlin ən gözlənilən ərəfəsinə lap az qalmağa başlayıb. Bayram kimi qeyd edib səbirsizliklə gözləyənlər də var, təqvim dəyişikliyindən artıq bir şey deyil deyib əhəmiyyət verməyənlər də. Lakin hamını birləşdirən bir tərəfi var sevimli Yeni il bayramımın- özü ilə gətirdiyi tətil günləri. Hər il olduğu kimi bu il də beş gün tətil olacaq və mən təbii […]